▶
FINCA Azerbaijan - Müştəri hekayəsi
Sevinc xanım “FINCA Azerbaijan”dan kredit götürərək öz peşəsini inkişaf etdirən və arzularının arxasınca gedən müştərilərimizdən biridir. ✨
Sevinc xanım artıq 30 ildir ki, saç ustası kimi fəaliyyət göstərir. Bu sahəyə olan sevgisi onu bütün çətinliklərə baxmayaraq öz yolundan döndərməyib. Hətta ailəsinin etirazına baxmayaraq, ürəkdən istədiyi bu peşəni seçərək gözəllik salonunda işləməyə başlayıb və bu gün də öz işini böyük sevgi ilə davam etdirir.
O, FINCA Azerbaijan-ın dəstəyi ilə kredit əldə edərək işini daha da inkişaf etdirmək imkanı qazanıb. Sevinc xanımın ən böyük arzularından biri isə yaxın bir-iki il ərzində öz gözəllik salonunu açmaqdır.
Biz hər zaman müştərilərimizin yanındayıq və onların arzularının reallaşmasına dəstək olmaqdan qürur duyuruq.
🏣 “FINCA Azerbaijan” BOKT
Ətraflı məlumat üçün zəng edin: 📞 *2525
🌐 www.finca.az
