▶
FINCA Azerbaijan - Müştəri hekayəsi
Mehriban xanım “FINCA Azerbaijan”ın dəstəyi ilə öz biznesini quran uğurlu müştərilərimizdən biridir. ✨
Mehriban xanım kirpik və dırnaq ustası kimi fəaliyyət göstərir və artıq özünə məxsus gözəllik salonunu idarə edir. Uşaqlıqdan bu sahəyə böyük marağı olan Mehriban xanım əvvəllər başqa bir salonda saç ustası kimi çalışıb. Daha sonra “FINCA Azerbaijan”dan götürdüyü kredit sayəsində öz salonunu açaraq biznesini qurmağa nail olub.
Salon artıq bir ildir fəaliyyət göstərir və burada iki əməkdaş da çalışır. Mehriban xanım bildirir ki, biznesə başlamaqda ən böyük çətinlik maliyyə idi və bu çətinliyi “FINCA Azerbaijan”ın dəstəyi ilə aradan qaldıra bilib.
Onun fikrincə, uğur qazanmaq üçün insan cəsarətli və qətiyyətli olmalıdır. Ailəsinin, xüsusilə həyat yoldaşının dəstəyi isə ona öz salonunu açmaq üçün güc və inam verib.
Biz müştərilərimizin inkişafını dəstəkləməkdən qürur duyuruq və onların uğur hekayələrinin bir parçası olmaq bizim üçün böyük dəyərdir. 💜
🏣 “FINCA Azerbaijan” BOKT
Ətraflı məlumat üçün zəng edin: 📞 *2525
🌐 www.finca.az
