▶
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreevadan Vida Mesajı
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva dörd il yarımlıq fəaliyyətini başa vurarkən ölkədəki missiyası, tərəfdaşlıqlar və birgə görülən işlər barədə səmimi vida mesajı paylaşır.
Bu müddət ərzində o, hökumət, vətəndaş cəmiyyəti, özəl sektor, akademiya və BMT Ölkə Komandası ilə sıx əməkdaşlıq edərək milli prioritetlərin və Dayanıqlı İnkişaf Məqsədlərinin (#SDG) irəli aparılmasına dəstək verib.
Mesajında ölkənin şimal və cənub icmalarından tutmuş, Qarabağ və Şərqi Zəngəzurda bərpa işlərinə töhfə verən insanlara qədər, əsas nailiyyətləri, dəyərli tərəfdaşlıqları və xalqın qonaqpərvərliyini və dözümlülüyünü vurğulayır. O, həmçinin Azərbaycanın dünyanı qonaq etdiyi qlobal an - #COP29 barədə düşüncələrini bölüşür.
BMT-nin Azərbaycandakı ailəsi olaraq, Vladanka Andreevaya liderliyi, dəstəyi və insan-mərkəzli yanaşmasına görə dərin minnətdarlığımızı bildiririk.
📍 Daha çox məlumat üçün: unazerbaijan.org
📌 Bizi izləyin: @UNinAzerbaijan
