▶
Amela Mujagicin Qadınların Diplomatiyada Beynəlxalq Günü ilə əlaqədar videomüraciəti
Qadınlar öz təcrübələri, liderlik üslubları və prioritetləri ilə diplomatiyaya böyük faydalar gətirir, baxılan məsələlərin əhatə dairəsini və nəticələrin keyfiyyətini genişləndirir. Bunu Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Missiyasının rəhbəri Amela Mujagic deyir.
Qadınların Diplomatiyada Beynəlxalq Gününə həsr olunmuş kampaniyaya qoşulan xanım Mujagic gənc qadın və qızları qlobal liderlik fəaliyyətinə hazır etmək üçün onlara lazımi təhsili vermək məqsədilə bütün imkanları səfərbər etməyə çağırıb.
#WomenInDiplomacy
